"Kölgə iqtisadiyyatının azalmasına dair təkliflər hökumətə təqdim olunub"
"Əsas vəzifələri rəhbər tutaraq növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə çalışaraq kölgə iqtisadiyyatın azaldılmasına yönəlmiş, hesabatlılığın artırılmasını təmin edən tədbirləri və bir sıra digər islahatlarla bağlı təklifləri artıq hazırlayıb hökumətə təqdim etmişik". SİA xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında vergilər naziri Mikayıl Cabbarov "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə,hazırda vergi yükü ilə mədəniyyət arasında fərq qənaətbəxş deyil: "Əsas hədəf vergi ödəyicilərinin xüsusilə də kiçik və orta sahibkarlığın vergi yükünün azaldılıması, vergi inzibatçılığında bərabərliyin, şəffaflığın təmin olunmasıdır. Ötən il ümumi gəlirlərinin artıqlaması ilə icra olunmasına baxmayaraq, büdcəyə ödənişdə 675 milyon manatlıq kəsir müşahidə edilib. 2018-ci ildə əsas hədəfimiz qanunvericilik çərçivəsində tədbirlərin yerinə yetirilməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB