Dövlət qeydiyyatına alınmış dövlət qiymətli kağızların buraxılışları açıqlanıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi noyabr ayı dövlət qeydiyyatına alınmış dövlət qiymətli kağızların buraxılışlarını açıqlayıb. SİA-nın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin saytına istinadən verdiyi məlumatına görə, 01 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının tədavül müddəti 28 gün və hər birinin nominal dəyəri 100 AZN olan 70 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50104325S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
05 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədavül müddəti 182 gün və hər birinin nominal dəyəri 100 AZN olan 70 000 ədəd qısamüddətli istiqrazlarının buraxılışı 10308026S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
05 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədavül müddəti 364 gün və hər birinin nominal dəyəri 100 AZN olan 50 000 ədəd geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının buraxılışı 10502128S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
05 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədavül müddəti 728 gün və hər birinin nominal dəyəri 100 AZN olan 30 000 ədəd ortamüddətli istiqrazlarının buraxılışı 10703327S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
05 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədavül müddəti 1092 gün və hər birinin nominal dəyəri 100 AZN olan 30 000 ədəd ortamüddətli istiqrazlarının buraxılışı 10803427S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
08 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının tədavül müddəti 28 gün və hər birinin nominal dəyəri 100 AZN olan 70 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50104425S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
12 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədavül müddəti 35 gün və hər birinin nominal dəyəri 100 AZN olan 200000 ədəd qısamüddətli istiqrazlarının buraxılışı 10108126S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
12 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün və hər birinin nominal dəyəri 100 AZN olan 150000 ədəd qısamüddətli istiqrazlarının buraxılışı 10208226S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
12 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədavül müddəti 364 gün və hər birinin nominal dəyəri 100 AZN olan 30 000 ədəd qısamüddətli istiqrazlarının buraxılışı 10508326S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB