Azərbaycanla İran arasında olan ticarət dövriyyəsi müsbətə doğru dəyişib AÇIQLAMA

Azərbaycanla İran arasında olan ticarət dövriyyəsi müsbətə doğru dəyişib AÇIQLAMA

Azərbaycan və İran arasındakı əlaqələr regionun inkişafı ilə bərabər təhlükəsizliyi baxımdan da çox vacibdir. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, təbii ki, İran prezidentinin ölkəmizə səfəri zamanı iki ölkə arasında həm regional əməkdaşlıq, həm də hər bir ölkənin inkişafına ayrı-ayrılıqda pozitiv təsir edəcək razılaşmalar əldə edilib: “Təbii ki, bu konteksdən əsas razılaşmalar enerji, nəqliyyat eyni zamanda müqayisəli yataqların işlənməsi, investisyaların həyata keçirilməsi və ticarət əlaqələrin genişləndirilməsi baxımından əlverişlidir. Müzakirə olunan məsələlərdən biri hər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə bağlıdır. Çünki hər iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına etiyac var. Bu əsas hədəflərdən biridir. Son illər ticarət dövriyyəsi ilə bağlı artımlar müşahidə edilir, yalnız bu tərəfləri qane edəcək səviyyədə deyil. Son 2 ildə Azərbaycanın ticarət dövriyyəsi 24 milyon dollardan 211 milyona dollaradək yüksəlib. Ancaq təbii ki, gözlənilən potensial daha böyükdür və bu potensialın istifadə imkanları görüşdə müzakirə olunub. Bu konteksdən də bu görüşdə bir sıra razılaşmalar əldə edilib və təbii ki, diqqət çəkən mühüm məqamlardan biri mübahisəli yataqların işlənməsi ilə bağlıdır. Bu olduqca əsas və vacib məqamdır. Bu razılaşmanın bir neçə özəlliyi var və əsas özəlliyi ondan ibarətdir ki, Xəzərin statusunun razılaşdırılması istiqamətində bir vasitəçi kimi qiymətləndirilməlidir. Çünki bu amil Xəzərin statusunun razılaşdırılması prosesinə müsbət təsir göstərə bilər digər tərəfdən bu artıq tərəflərin istifadəsiz qalmış yataqlardan faydalanması və gəlir əldə etməsi baxımdan vacibdir. Mübahisəli yataqların birgə işlənilməsi tərəflərin maraqlarına cavab verəcək və daha da məhsuldar olacaqdır. Azərbaycan bununla bağlı uzun müddətdirki, həm Türkmənistanla həm də İranla illəri əhatə edəcək müzakirələr aparırdı. Bu daha optimal variantdır və tərəflərin qarşılıqlı faydalanması baxımdan çox vacib məqamdır. İranla- Azərbaycan arasında razılığın əldə edilməsi ondan xəbər verir ki, tərəflər yataqlarla bağlı mübahisəli məsələləri həll etmək imkanına malikdirlər və hər iki tərəfin siyasi iradəsi nəticə etibarı ilə regional məsələlərdə hər iki ölkənin faydalanmasına imkan yaradacaq”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə