“Tütün məmulatları. Qablaşdırma və markalanma” dövlət standartının tətbiq edilmə tarixi dəyişdirilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 335-2009 "Tütün məmulatları. Qablaşdırma və markalanma" dövlət standartının tətbiq edilmə tarixini dəyişdirərək 2011-ci il sentyabrın 1-dən müəyyən edib. Belə ki, istehsalçıların müraciətləri nəzərə alınaraq standartın tətbiq edilmə tarixi 01.05.2011-ci il əvəzinə 01.09.2011-ci il tarixindən müəyyən edilib.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, AZS 335-2009 standartı Komitənin 2009-cu il 29 aprel tarixli 047 saylı əmri ilə təsdiq edilib. Bu standart Azərbaycan ərazisində istehsal edilən, idxal edilən və satılan tütün məmulatlarına şamil edilir və bu məmulatların qablaşdırılması və markalanmasına olan tələbləri müəyyən edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB