“Xaçmaz” elektrik stansiyasinda texniki qulluq işləri aparılır

“Xaçmaz” elektrik stansiyasinda texniki qulluq işləri aparılır

"Xaçmaz" elektrik stansiyasında qışa hazırlıq tam olaraq başa çatdırılıb. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya veilən məlumata görə, cari ilin sentyabr ayında"Xaçmaz" elektrik stansiyasında 29,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Bu da proqnozlaşdırıldığından 700 min kilovatsaat çoxdur.
Qeyd edək ki, cari ilin 9 ayı ərzində stansiyada 152,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Stansiyada texniki istismar səviyyəsini yüksəltmək, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir. O cümlədən, daxili yanma mühərriklərində işə buraxma hava sisteminin modernləşməsinə başlanılıb.

Digər enerji obyektlərində olduğu kimi, burada da payız-qış mövsümünə hazırlıq çərçivəsində nəzərdə tutulmuş işlər yerinə yetirilib. O cümlədən, 110 KV-lik açıq paylayıcı quruluşda (APQ) kabel kanallarından və qəza yağ çənindən qurunt sularının çıxarılması üçün 2 ədəd su nasosları quraşdırılıb və metal konstruksiyaların beton özülləri bərpa edilib. Müntəzəm olaraq qaz paylayıcı qurğuda və qaz xəttində, yüksək təzyiqli hava resiverlərində sızmaların qarşısının alınması üçün tədbirlər həyata keçirilir. O cümlədən, 50 tonluq yağ çənində yağı isitmək məqsədilə qızdırıcıların quraşdırılması işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə