Ötən il Rusiya neft ixracından 93,3 milyard dollar və təbii qaz ixracından isə 38,1 milyard dollar qazanıb. Bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb deyilir. Bildirilir ki, ölkənin neft ixracı üzrə gəlirləri keçən il 26,6 faiz artaraq 93,3 milyard dollara yüksəlib. Hesabat ilində Rusiyanın təbii qaz ixracı üzrə gəlirləri isə 22,1 faiz artaraq 38,1 milyard dollara çatıb.
Keçən il Rusiyanın neft ixracının həcmi 0,8 faiz azalaraq 252,6 milyon tona geriləyib. Təbii qaz ixracının həcmi isə 5,7 faiz artaraq 210,2 milyard kubmetrə çatıb.
Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş çərçivəsində Rusiya gündəlik neft istehsalını 300 min barrel azaltmaq barədə öhdəlik götürüb və yanvar ayı etibarilə sutkalıq hasilatını 302 min barrel aşağı salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB