Astara-Rəşt dəmiryol xətti ölkəmizin iqtisadi inkişafına böyük töhfə verəcək AÇIQLAMA

Astara-Rəşt dəmiryol xətti ölkəmizin iqtisadi inkişafına böyük töhfə verəcək AÇIQLAMA

"Azərbaycan və İran Prezidentlərinin iştirakı ilə bu ilin mart ayında reallaşacaq Astara-(Azərbaycan)- Astara (İran) beynəlxalq dəmiryolunun istifadəyə verilməsi Azərbaycan iqtisadiyyatının inkişafına təsir göstərəcək". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, ölkələr arası yükdaşımaların miqdarını artırmaqla yerlərə çatdırılması müddətinin azalması müsbət hal kimi qəbul edilir: "Tranzit nəqliyyat Mərkəzi kimi Azərbaycan bu layihədən də böyük qazanc əldə etməsi nəzərdə tutulur. Milyon tonlarla yüklərin Azərbaycan ərazisindən İrana daşınması uzaq şərq ölkələrinin də bu layihədə iştirakı təmin olunacaqdır. Bundan əlavə gələcəkdə Azərbaycan-Naxçıvan dəmiryol xətt ilə birləşdirməsi mümkün ola bilər. Astara-Rəşt dəmiryol xəttinin təməl qoyma mərasiminində keçirilməsi nəzərdə tutulub. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə bu layihələr reallaşacaq və ölkəmizin iqtisadi inkişafına böyük töhfə verəcəkdir".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə