Dünya birjalarında neft ucuzlaşıb. SİA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,57 dollar və ya 0,92% azalaraq 61,44 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,45 dollar və ya 0,66% azalaraq 67,62 dollar olub.
"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,62 dollar və ya 0,88% azalaraq 69,92 dollar təşkil edib.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB