NYMEX-də Light Sweet Crude Oil markalı neftin qiyməti 1.35 dollar qalxıb

NYMEX-də Light Sweet Crude Oil markalı neftin qiyməti 1.35 dollar qalxıb

Dünya neftinin qiyməti 1.35 dollar yüksəlib. SİA-nın məlumatına görə, bu gün səhər Nyu-York əmtəə birjası NYMEX-də Light Sweet Crude Oil markalı neftin noyabr fyuçerslərinə olan qiyməti 1.35 dollar qalxaraq 82.82 dollar olaraq müəyyənləşib.

Eyni zamanda London əmtəə birjası ICE Futures-də Brent Crude Oil markalı neftin noyabr fyuçerslərinə olan qiyməti isə 1.56 dollar qalxaraq 84.84 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə