Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda müasir elektron tipli avtomat telefon stansiyası (ATS) quraşdırılaraq istifadəyə verilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yeni ATS zavodda müəssisədaxili rabitə əlaqəsinin yüksək keyfiyyətlə qurulması üçün yeni imkanlar açıb. Müəssisənin yeni rabitə sisteminin yaradılması üçün bir ay əvvəldən geniş hazırlıq işləri aparılıb, Sumqayıtın mərkəzi ATS-indən Etilen-polietilen zavodunadək 4 min metrdən artıq optik kabel xətləri çəkilmiş və müəssisənin lokal şəbəkə sisteminə qoşulması təmin edilib.
Almaniyanın "SİEMENS" Şirkətinin istehsalı olan elektron tipli ATS-in quraşdırılması və istismara buraxılması işində Birliyin mütəxəssisləri ilə yanaşı ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə Idarəsinin əməkdaşları da yaxından iştirak ediblər. Etilen-polietilen zavodunun yeni inzibati binasında quraşdırılaraq, birbaşa ARDNŞ-nin korporativ telefon və internet şəbəkəsinə qoşulub 648 nömrəlik yeni ATS-in xidmətindən "EP-300" istehsalatı ilə yanaşı Birliyin Təmir-tikinti İdarəsi, "Kimyaçı" poliklinikası və Anbar təsərrüfatının kollektivləri də istifadə edə biləcəklər. Yeni ATS-in istifadəyə verilməsi nəticəsində Etilen-polietilen zavodunun "EP-300" istehsalatının əhatə etdiyi sahənin kimyaçı abonentləri internet sisteminə daha etibarlı şəkildə qoşula biləcək, rəqəmsal tipli telefon aparatlarından faydalanmaq imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB