2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 169,4 mln. manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 32,4%, sair nəqliyyat vasitələrinin istehsalı isə 23,7% artıb.
Səkkiz ay ərzində fəvvarə armaturunun istehsalı 91,6%, minik avtomobillərinin istehsalı 74,8%, yük avtomobillərinin istehsalı 98,9% azalıb, ştanqlı quyu nasoslarının istehsalı 11,2 faiz, xüsusi təyinatlı kommunal maşınların istehsalı 98,6%, traktorların istehsalı 50,3% artıb.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB