Türkiyənin iqtisadi artım proqnozu yüksəlib

Türkiyənin iqtisadi artım proqnozu yüksəlib

"Moody's" tərəfindən hazırlanan qlobal makro hesabatda Çin, Fransa, Almaniya, İtaliya, Yaponiya, Koreya, Meksika və Türkiyənin artım proqnozları yenidən nəzərdən keçirilib.

Agentlik 2017-ci ildə Türkiyənin iqtisadi artım proqnozunu 2,6 faizdən 3,7 faizədək yüksəldib. Avropa bölgəsinin iqtisadi artım proqnozunu isə 1,7 faizdən 2,1 faizədək artırıb.

Hesabata görə, 2017 və 2018-ci illərdə ABŞ artım proqnozu müvafiq olaraq 2.2-2.3% səviyyəsində olacaq.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə