Turistlərin qeyri - etik davranışlarının qarşısını necə almaq olar ? REPORTAJ
Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, ölkəmizin dünyada tanıdılması həmçinin ölkədəki gözəl, münbit və stabil şərait turistlərin ölkəyə gəlməsinə və istirahətinə şərait yaradan amillərdəndir. Ölkəyə turist axını çox müsbət haldır. Lakin ölkəmizə gələn turistlər bəzən qeyri- etik davranışlara, Azərbaycan mentalitetinə, əxlaq normalarına uyğun olmayan hərəkətlərə yol verirlər. Daha dəqiq ifadə etsək, ərəb turistlər öz hərəkətləri ilə müzakirə mövzusuna çevriliblər. Bununla yanaşı öz səliqəsizliklərini və pinti hərəkətlərilə də diqqət çəkirlər. Bu kimi halların qarşısını almaq üçün hansı addımlar atılmalı və maarifləndirici tədbirlər görülməlidir? Bunun üçün ekspertlərə müraciət etdik.
Millət vəkili: - Fazil Mustafa
Hər hansı əxlaqa zidd hərəkət edən turistlər qanunla nəzərdə tutulmuş dərəcədə məsulliyyət daşıyır. Cəmiyyətimizdə olan neqativ görüntülərin səbəbkarı isə turistlər deyil. Bu kimi məsələlərin belə qabarması bunu göstərir ki, cəmiyyətdə belə hadisələrə zəmin və şərait yaranıb.
Turistlərə bu istiqamətdə məhdudiyyətlər qoymaq mümkün deyil. Amma ictimai yerlərdə qeyri - etik davranışlara yol verən turistlər cəzalandırıla, miqrasiya xidməti tərəfidən ölkədən çıxarıla bilərlər. Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır ki, turistlərin ölkəyə gəlməsi əngəllənməsin digər tərəfdən də qeyri - etik görüntülərin çıxmasına imkan verilməsin. Turistlərin ətraf mühitinin çirkləndirilməsi və asayişi pozan hərəktlərin cəzası qanunda nəzərdə tutulub. Sadəcə bu tətbiqi edən mexanizmi gücləndirmək lazımdır. Turistlərin ətrafı çirkləndirməsinə reaksiya vətəndaşlar tərəfindən də verilə bilər. Həmçinin vətəndaşlarda bu kimi proseslərdə aktiv rol almırlar. Bu məsələrə ciddi yanaşmalı və qanunun tətbiqinə çalışmalıyıq
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi: - Raqif Abbasov
Azərbaycan dünyada tanınır və ölkəmizə gələn turistlərin sayı artıb. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi turistlərin cəlb olunmasına təkan verib. Təbii ki, ölkəyə gələn turistlərin sayının artması ilə yanaşı, eyni zamanda bir çox məsələlərdə ortaya çıxır. Belə ki, təhlükəsizliyin təminatı, cinayət hadisələrin, mədəni davranışın, şəhərin eko sisteminin qorunması kimi məsələlərə daha ciddi nəzarət olunmalıdır.
Əlbəttə ki, hər hansı neqativ halların olmaması üçün maarifləndirici işlər görülməlidir. Məsələn beynəlxalq tədbirlər keçirilən zaman turistlər üçün tövsiyyə verici blanklar paylanılırdı. Akkreditasiyadan öncə ölkə nümayəndələrinə paylanılan sənədlərdə yol hərəkəti haqqında qanunlar və hər hansı məhsullarının nəzərdə tutulmayan yerlərə atılan zaman cərimə ödənilməsi nəzərdə tutulurdu. Turizim şirkətləri həmin turistlərə tövsiyəverici məlumatlar verməli onları maarifləndirməlidirlər. Həmçinin, ölkəyə daxil olan turistlər üçün blanklar verməli, onlara Azərbaycan və ailə inistutları haqqında danışmalıdırlar. Mehmanxanalardakı bələdçilərdə turistlərə çoxlu məlumat verməli, neqativ halların qarşısının alınmasına dəstək olmalıdırlar.
"Şəfəq" Ekoturizm İctimai Birliyinin sədri; - Vamiq Babayev
Ölkəyə daxil olan zaman turistlərlə, sərhəd keçid məntəqələrində maarifləndirmə tədbirləri aparmalı və tövsiyyə verici blanklar paylanmalıdır.
Turistlərə Azərbaycan Respublikasının bu sahədə müvafiq qanunlarını xatırlatmaq lazımdır. Eləcə də, onlarla hərəkət edən bələdçilər və yaxud agentliklər mütəmadi maarifləndirmə tədbirləri aparmalı və düzgün ekskursiya təşkil etməlidirlər.
İlahiyyatçı: - Hacı Şahin
Turizmin inkişafı, şübhəsiz ki, ölkə iqtisadiyyatına və əhalinin rifahına müsbət təsir göstərir. Təbii ki, bu da sosial sahəyə sirayət edəcək. Sabit iqtisadi və sosial şərait isə mənəvi inkişafın zəruri şərtidir.
Ölkəmiz bu sahədə ilk addımlarını atıb və bu sahənin çətinlikləri ilə yeni tanış olur. Biz başqa mədəniyyətin təmsilçilərini qəbul etməyə, bizdən fərqlənən insanlarla ünsiyyət qurmağa başlayıriq. Ona görə də anlaşılmazlıqlar təbiidir. Unutmayaq ki, biz də kütləvi getdiyimiz ölkələrdə elə mədəni fərqlilik üzündən həmişə xoş qarşılanmaya bilərik. Yaxud bizim də bəzi ölkələr barədə yanlış stereotiplərimiz olub ki, zamanla bu stereotiplər dağılıb. Yalnış təsəvvürlərdən biri budur ki, ərəbdən qeyrisi gəlsə, hər şey ideal olacaq. Xeyr, ilkin mərhələdə mədəni uyğunsuzluqlar qabaracaq. Təcrübə artıqca, bizim ölkədə də bu cür problemlər həllini tapacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB