Azərbaycanda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi planlaşdırılır AÇIQLAMA
“Kənd Təsərrüfatı inkişaf etdirilir və bununla bağlı bir sıra ciddi işlər görülüb. Bu sözləri SİA–ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Onun sözlərinə görə, Azərbaycanda əsrlər boyu tütünçülük, baramaçılıq, fındıqçılıq inkişaf edib: “Hazırda bu sahələrin inkişaf etdirilməsi ilə bağlı işlər görülməkdədir və Prezidentin tapşırıqlarından da göründüyü kimi bu işlər daha geniş vüsət alacaq. Çünki dövlət baramaçılığın inkişafı ilə bağlı hər şeyi öz üzərinə götürüb, bütün lazımi materiallar, subsidiyalar verilir, tinglər əkilir. Rayonda görülən işlər bunu deməyə əsas verir ki, bu sahənin inkişafı uğur gətirəcək
. Qeyd edək ki, ötən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin sentyabrından ipək xalçaları üçün ipliyin istehsalına başlanacaq. Hazırda 30 rayonda barama istehsal olunur, gələn il isə 500 ton , 2025-ci ilə qədər 6 min ton barama tədarükü gözlənilir.
Tütünçülük sahəsində inkişaf var və bu il tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılır. Tütün istehsalçılarına güzəştli kreditlər verilməlidir. Hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalıdır. Bu addımlar atılacaq və 2021-ci ilə qədər tütün əkini daha da genişləndiriləcək. Bununla bağlı ciddi dövlət proqramlarının qəbul olunması gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB