Natiq Əliyev: “AGRI layihəsinin texniki-iqtisadi əsaslandırılması bir ildən az çəkəcək” - MÖVQE

Natiq Əliyev: “AGRI layihəsinin texniki-iqtisadi əsaslandırılması bir ildən az çəkəcək” - MÖVQE

"AGRİ layihəsinin icra edilməsi və nə qədər vəsaitin lazım olmasını müəyyən etmək üçün bir sıra qiymətləndirilmələr aparılmalıdır". SİA-nın məlumatına görə, Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında Azərbaycan, Gürcüstan və Ruminiyanın icra edəcəyi AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin bir neçə elementdən ibarət olduğunu bildirib.

 

İlk növbədə 100 kilometrlik kəmərə ehtiyac olduğunu söyləyən nazir bu kəmərin Tiflisdən Qara dənizin sahilə kimi çəkiləcəyini qeyd edib: "Bu elə çətin bir iş deyil. Bu işə vəsait də az lazımdır. İkincisi, Gürcüstanda Qara dənizin sahilində təbii qazı maliyyələşdirmək üçün zavod tikmək lazımdır. Bundan başqa Rumıniyada da başqa bir zavod tikmək lazımdır ki, maye qazı yenidən təbii qaza çevirsin. Maliyyə vəsaitin nə qədər lazım olması qazın hansı həcmdə çatdırılması və hansı həcmdə istehsal edilməsindən asılıdır. Bildiyiniz kimi təbii qazın nəql üçün də xüsusi gəmilər lazımdır". Sənaye və energetika naziri nəql olunacaq qazın həcmindən asılı olaraq layihənin dəyərinin də dəyişəcəyini vurğulayıb: "Bizim bütün hesablamalarımız göstərir ki, əgər bu layihə çərçivəsində nəql olunacaq qaz 2 milayrd kubmetrə qədər olsa təxminən 1,2 milyard avro həcmində pul lazımdır. Əgər qazın həcmi 3 milyard kubmetr olsa, o zaman kapital qoyuluşu 2,8 milyard avroya gəlib çatacaq. Qazın həcmi 8 milyarda çatdırsaq, onda lazım olan məbləğ təxminən 4,5 milyard avro olacaq. Dəqiq həcm və vəsait hesablanmalıdır. Çünki, burada yalnız kapital qoyuluşundan söhbət getmir. Burada illik xərclər də var ki, bunların hamısını hesablamaq, optimal bir rəqəm tapmaq üçün texniki-iqtisadi əsaslandırma lazımdır".

 

Azərbaycanda keçirilən tədbirdə müştərək bir şirkətin yaradılması ilə bağlı tərəflər arasında sənəd imzalandığını deyən N.Əliyev bildirib ki, həmin şirkət layihənin texniki-iqtisadi əsaslandırılması ilə məşğul olacaq. O, hesab etdiyini bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırılması bir ildən az çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə