Güney Qafqazın ən güclü ordusu Azərbaycandır AÇIQLAMA

"Global Firepower" Beynəlxalq Təhlil Mərkəzi 50-dən artıq göstəriciyə dayanaraq 2017-ci il üçün orduların reytinq cədvəlini tərtib edib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu 131 ölkənin arasında 59 - cu, işğalçı Ermənistan isə 95-ci yerdədir: "Gürcü ordusu reytinq cədvəlində 80-ci pillədə durur. Beləliklə, Güney Qafqazın ən güclü ordusunun Azərbaycan olduğu bir daha öz təsdiqini tapır. Qardaş Türkiyənin ordusu isə ilk onluqda yer alanların sırasındadır. Buradan 3 nəticə çıxır. Birincisi, Azərbaycan savaşa başlamırsa, bu bizim ölkənin sülhsevər olmasının göstəricisidir. İkincisi, həmsədr dövlətlər bu reallığı bilə-bilə problemin ancaq sülh yoluyla həllini tələb edir və üstəlik də substantiv danışıqların aparılması üçün heç bir addım atmırlarsa, demək işğalçını dəstəkləyir, bu anormal vəziyyətin nəticəsini onunla bölüşürlər. Çıxarılan üçüncü və ən əsas nəticə isə budur ki, bir dövlət nə qədər sülhsevər olur-olsun, onun torpaqları işğal altındadırsa, üstəlik də ordusu bütün parametrlər üzrə düşməndən güclüdürsə, o bir gün savaşa başlayacaq".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə