NDT (None Destructive Testing–Dağıdılmadan Yoxlanış) Laboratoriyası texniki sənayedə boru xətlərinin, dəmir-polad strukturların, yüksək təzyiqli qabların və neft çənlərinin, başqa mexaniki avadanlıqların vəziyyətinin və etibarlığının yoxlanılmasında mühüm əhəmiyyət kəsb edir. Neft və qaz sənayesində bu sahədə müxtəlif növ yoxlaniş metodları - X-RAY/Radioqrafiya üsulu, ultrasəs yoxlama, rəngli yoxlama, maqnit zərrəcikləri vasitəsi ilə yoxlama və s. mövcuddur.
Kulevi "Qara Dəniz Terminalı"nın Korroziya şöbəsi hazırda terminalın istismarını və texniki davamiyyətini dəstəkləmək üçün belə bir laboratoriyanın yaradılması ilə məşğuldur. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, laboratoriya müxtəlif növ texniki avadanlıqlarla, Ultrasəs defektoskopiya skanerləri, Radioqrafiya cihazı və başqa avadanlıqlarla təchiz olunub. Çatışmayan texniki baza artıq sifariş verilib. Tezliklə, laboratoriyada Gürcüstan Dövlət Akkreditasiya Mərkəzinin auditi aparılacaq. Audit laboratoriyanın inkişaf səviyyəsini və personalın bacarıq dərəcəsini müəyyənləşdirəcək.
Qeyd edək ki, laboratoriyanın bütün əməkdaşları yüksək hazırlığa, böyük təcrübəyə malikdir və bu da yoxlama işlərində özünü göstərir. Laboratoriyanın inkişafı dövründə Terminalda istismarda olan avadanlıqların artıq 70 % yoxlanılıb. Avadanlıqların yoxlanılmasında əsasən ultrasəs metodundan istifadə olunub. Bu üsulla metal divarlarının qalınlığı ultrasəs dalğa vasitəsi ilə ölçülür. Ultrasəs dalğaları divarların daxilində yaranan boşluqların, qalınlığın, kəsici dalğalar isə avadanlığın qaynaq hissələrində çatların yoxlanılmasında istifadə olunur. Bütün yüksək təzyiqli qablar, neft çənləri və emal boruları metal qalınlığı və qaynaq defektlərinin qiymətləndirilməsi məqsədi ilə yoxlanılıb. Müəyyən edilib ki, avadanlıqlar yaxşı vəziyyətdədir və heç bir anomaliya aşkar olunmayıb. Hər bir avadanlıq yoxlanıldıqdan sonra onun mövcud durumu haqqında məruzə hazırlanır və həmin hesabatda bütün tapıntılar qeyd olunur. Sonradan bu hesabat Terminalın yüksək texniki personalı ilə müzakirə olunur və lazımi göstərişlər qeyd olunur. Avadanlığın hesabat cədvəli Terminalda olan texniki təmirin idarəetmə sisteminə (BOYS adlanan sistemə) daxil edilir. NDT laboratoriyasının yaradılması Qara Dəniz Terminalındakı avadanlıqların korroziyadan müdafiə və etibarlığının inkişafı strategiyasının bir hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB