Azərbaycan, Gürcüstan və Rumıniyanın energetika nazirləri AGRI Bakı Bəyannaməsinin layihəsini müzakirə ediblər
Bu gün Bakıda Azərbaycan, Gürcüstan və Rumıniyanın energetika nazirləri AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi üzrə Bakı Bəyannaməsinin layihəsini müzakirə ediblər. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev layihə haqqında ümumi məlumat verib. O bildirib ki, layihənin həyata keçirilməsi çərçivəsində birgə şirkət yaradılacaq ki, bu şirkət ilk növbədə layihəni maliyyələşdirəcək donorların axtarışı ilə məşğul olacaq.
Daha sonra söz Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Aritona verilib. O bəyan edib ki, sözügedən layihə Rumıniyaya enerji daşıyıcılarının nəqlini diversifikasiya etməyə imkan verəcək. Bundan başqa nazir vurğulayıb ki, layihə bütün potensiallı investorların iştirakı üçün açıqdır.
Gürcüstanın energetika naziri Aleksandr Xetaquri isə öz çıxışında əlavə edib ki, layihə bir neçə mərhələdən ibarət olacaq. Bu layihələndirmə, investorların cəlb edilməsi və tikinti ilə bağlı olan mərhələlərdir.
Tədbir müzakirələr əsasında davam edib.
Qeyd edək ki, sənədin sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri tərəfindən imzalanması gözlənilir. Sabah Bakıda AGRI layihəsi üzrə iştirakçı ölkələrin dövlət başçıları səviyyəsində sammitin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB