Oil & Gas beynəlxalq sərgi-konfransı sabah start götürür AÇIQLAMA
"Bu iş həftəsinin neft və qaz üzərində köklənəcəyi gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, ənənəvi Caspian Oil & Gas beynəlxalq sərgi-konfransı sabah start götürür və şənbə gününədək davam edəcək: "1994-cü ildən ikinci dəfədir ki, başlanma tarixi 31 maya təsadüf edir. İlk sərgidə cəmi 12 ölkə təmsil olunub. 4 il sonra onların sayı 30-a çatdı. Ondan sonra ölkələrin sayı azalmağa başlasa da, şirkətlərin sayı xeyli artdı (386 şirkət - həm 2013, həm də 2014-cü illərdə). Ancaq bu şirkətlərin içərisində yerlilərin, birgə müəssisələrin payı çoxalırdı. Bu da təbii idi. 2015-2016-da bu pay daha artan templə inkişaf etdi. Bu da başa düşülən idi. Ölkədə böyük kapitalyönümlü enerji layihələri həyata keçirilirdi və onların çoxsaylı yerli podratçı və subpodratçı şirkətləri əmələ gəlirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB