Yüksək gərginlikli elektrik verilişi xətti çəkilib

Yüksək gərginlikli elektrik verilişi xətti çəkilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İşğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" 24 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində "Azərişıq" ASC tərəfindən genişmiqyaslı işlər aparılmaqdadır.

"Azərişıq" ASC-dən SİA-ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq "Horadiz" yarımstansiyasından 8.300 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik xətti çəkilib və bu xəttdə son tamamlama işləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə