Bank BTB-nin xidmət nöqtələri eGovPay ödəniş sisteminə qoşuldu

Bank BTB-nin xidmət nöqtələri eGovPay ödəniş sisteminə qoşuldu

Bank BTB-nin bütün xidmət nöqtələrinin eGovPay sisteminə qoşulması başa çatıb. Belə ki, artıq müştərilər Bank BTB-nin istənilən xidmət nöqtəsinə müraciət edərək mobil rabitə, stasionar telefonlar, internet, TV, kommunal xidmətlər və digər müxtəlif növ ödənişlərini həyata keçirə bilərlər.

Bank BTB-nin xidmət və məhsulları haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında yerləşən "Facebook" səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə