Dövlət Neft Fondunun (DNF) səhm portfelinə investisiyaların məcmu dəyərinin maksimum 25%-ni ayıracaq. Prezident İlham Əliyevin dünən imzaladığı "Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri və investisiya siyasəti" fərmanında qeyd olunub. Xatırladaq ki, bundan əvvəlki fərmanda DNF məcmu vəsaitlərin maksimum 15%-ni səhm portfelinə yatıra bilərdi. Bununla yanaşı fərmanda qeyd olunub ki, ARDNF-in məcmu vəsaitinin maksimum 5%-ə qədəri səhmlərə investisiya edən pay fondlarına yatırıla bilər.
Fərmanda yer alan dəyişikliklərdən sonra DNF-in borc öhdəlikləri və pul bazarı alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta (avro istisna olmaqla) üzrə dərc edilmiş 6 aylıq (əvvəlki - 3 aylıq) LIBOR faiz dərəcəsi götürüləcək.
Neft Fondunun borc öhdəlikləri və pul bazarı alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq (əvvəlki - 3 aylıq) EURİBOR faiz dərəcəsi götürüləcək.
LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri istifadə edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB