SOCAR-ın Baş Ofisində Ekologiya İdarəsinin təşkilatçılığı ilə "Metan emissiyalarının azaldılmaları" mövzusunda seminar keçirilib. SOCAR-dan SİA-ya verilən məlumata görə, Norveçin "Carbon Limits" şirkəti ilə Ekologiya İdarəsi arasında imzalanan Anlaşma Memorandumuna əsasən cari ilin fevralında əvvəlcədən müəyyən edilmiş potensial mənbələrdə xüsusi cihaz və avadanlıqlardan istifadə etməklə sızmalar və texnoloji itkilər ölçülüb. Ölçmələr nəticəsində adi halda müəyyən edilməsi mümkün olmayan, atmosferə atılan qazların həcmi müəyyən edilib. Seminarda ölçmə işlərinin yekun nəticələri təqdim edilib.
İqlim dəyişmələrinə təsirin azaldılması ilə bağlı qəbul olunmuş Paris Razılaşması, metan qazının aşakarlanması üçün cihaz və avadanlıqlar, ölçmə işləri və metanın yığılması üçün müvafiq texnologiyalar barədə təqdimatlar dinlənilib. Seminarın sonunda gələcək əməkdaşlığın mümkün istiqamətləri barədə müzakirələr aparılmışdır. Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Norveçin Azərbaycandakı səfirliyi, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Azərbaycanın neft sənayesində çalışan əməliyyat şirkətləri, həmçinin SOCAR-ın struktur bölmələrinin nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB