Rusiyanın beynəlxalq ehtiyatları 2014-cü ildən ilk dəfə 400 mlrd. dollara çatıb

Rusiyanın beynəlxalq ehtiyatları 2014-cü ildən ilk dəfə 400 mlrd. dollara çatıb

Aprelin 14-dən 21-dək Rusiyanın beynəlxalq ehtiyatları 0,4% və ya 1,6 mlrd. artıb. SİA Rusiya Bankının yaydığı məlumata istinadən xəbər verir ki, beləliklə, Rusiyanın beynəlxalq valyuta ehtiyatları 2014-cü ilin dekabr ayından etibarən ilk dəfə 400 mlrd. dollara çatıb.

Qeyd edək ki, Rusiyanın beynəlxalq ehtiyatlarının həcmində tarixi maksimum 2008-ci ilin avqustunda qeydə alınıb. Həmin dövrdə şimal qonşumuzun beynəlxalq ehtiyatları 500 mlrd. dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə