Azərbaycan ilə Səudiyyə Ərəbistanının əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Azərbaycan ilə Səudiyyə Ərəbistanının enerji əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

SİA xəbər verir ki, müzakirələr aprelin 26-da energetika naziri Natiq Əliyevin Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz D.Əlfalih ilə görüşündə aparılıb.

Natiq Əliyev Azərbaycanın və Səudiyyə Ərəbistanının bazarda neftin qiymətinin stabilləşməsi üçün Neft İxrac edən Ölkələr Təşkilatı və bəzi qeyri-OPEC ölkələri çərçivəsində birgə səylər göstərdiyini deyib. Nazir bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Xalid Əbdüləziz D.Əlfalih isə Azərbaycanın neftin qiymətinin bahalaşmasını nəzərdə tutan addımlarda iştirakının əhəmiyyətini qeyd edib. Nazir ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə