“Qara qızıl”ın qiyməti ucuzlaşıb

“Qara qızıl”ın qiyməti ucuzlaşıb

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb. SİA-nın verdiyi məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,10 dollar və ya 0,20% geriləyərək 50,86 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar, yaxud 0,17% azalaraq 48,16 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə