Xaricə gedənlər hansı ölkələri secir?

Xaricə gedənlər hansı ölkələri secir?

Rəsmi statistik məlumatlara görə, hər il daimi yaşamaq üçün Azərbaycana gələnlər və Azərbaycandan gedənlər olur. Dövlət Statistika Komitəsindən SİA- ya verilən məlumata görə, 2015-ci ildə daimi yaşamaq üçün Azərbaycandan gedənlərin sayı 1557 nəfər olub. 2016-cı ildə isə bu göstərici 1700 nəfərə çatıb.

Qeyd edək ki, ötən il daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənlərdən daha çox olub. Daimi yaşamaq üçün Azərbaycandan gedənlərin ən çox üz tutduqları ölkə Rusiyadır. Sonrakı yerlərdə Qazaxıstan və Türkiyə gəlir.

Azərbaycandan gedənlər arasnda daimi yaşamaq üçün Belarus, Ukrayna, Özbəkistan, ABŞ, Almaniya, Gürcüstan, İsrail, Türkmənistanı seçənlər say baxımından sonrakı yerləri tuturlar. Siyahıda az sayda digər MDB ölkələri və xarici dövlətləri seçənlər də var.

Bütün xəbərlər Facebook səhifəmizdə