BVF-dən Afinaya bəd xəbər: "Borcunuz silinməyəcək"

BVF-dən Afinaya bəd xəbər: "Borcunuz silinməyəcək"

Hazırda Yunanıstanın borclarının silinməsinə ehtiyac yoxdur. Bu barədə dünən jurnalistlərə açıqlamasında Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard söyləyib. O, bu il ərzində Yunanıstanın borclarının rekonstruksiya ediləcəyini bildirib. Laqard Afinanın vergi və təqaüd islahatlarını davam etdirməli olduğunu bildirib.

Qeyd edək ki, Yunanıstanda 2009-cu ildən indiyə qədər iqtisadi böhran davam edir. Ölkənin hazırda ümumi borcu 326,358 milyard avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə