Meşə fonduna aid torpaqların icarəyə verilməsi müddəti uzadıldı
Milli Məclisin plenar iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda Meşə Məcəlləsinə dəyişiklik müzakirə edilib. Məcəllə haqqında məlumat verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, hazırda torpaqlar 1 ildən 10 ilə qədər müddətə icarəyə verilə bilər. Müvafiq qanun layihəsində isə maksimal müddətin 49 ilə çatdırılması öz əksini tapıb.
Onun sözlərinə görə, bu, o demək deyil ki, torpaq ancaq 49 ilə icarəyə veriləcək: "Torpaqların icarəyə verilməsi müddəti maksimum 49 il olacaq".
Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB