İslam İnkişaf Bankı Azərbaycanda su və kanalizasiya infrastrukturları layihələrində iştirak edir
İslam İnkişaf Bankı Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrində iştirak etməkdə maraqlıdır. "Azərsu" ASC-nin mətbuat xidmətinin məlumatında deyilir ki, bu fikirlər yanvarın 17-də "Azərsu" ASC-də Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankının nümayəndə heyəti ilə keçirilən görüş zamanı səsləndirilib.
"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov İslam İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədr müavini "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində Tərtər, Gədəbəy, Daşkəsən, Astara şəhərlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, artıq Tərtər şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir. 2017-ci ildə isə daha bir şəhərdə - Qazaxda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılması nəzərdə tutulur.
İslam İnkişaf Bankının Mərkəzi Asiya və Avropa üzrə meneceri Elvalid Hamur "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi"nin icrasından razılığını bildirib və əlavə edib ki, təmsil etdiyi bank bundan sonra da Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrində iştirak etməkdə maraqlıdır.
Görüşdə "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi"nin icrası və perspektiv işlər haqqında ətraflı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB