Yanvarın 16-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə "Microsoft Azərbaycan" şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.
SİA-nın verdiyi xəbərə görə, sənədi İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı və "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıb. Memorandum Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazasının yaradılması istiqamətində birgə əməkdaşlıq, İKT sektoru ilə bağlı təlimlərin təşkili, qiymətləndirmə və təhlil işlərinin aparılması istiqamətlərini təşkil edir. Sənəddə, həmçinin milli iqtisadiyyatda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı birgə araşdırmaların aparılması, ölkədə elektron ticarətin inkişafı istiqamətində təkliflərin və inkişaf proqramlarının hazırlanması, innovasiya və texnologiyaların müxtəlif istiqamətləri üzrə proqram, layihə, araşdırma və digər müştərək fəaliyyət sahələrinin müəyyənləşdirilməsi məsələləri yer alır.
Vüsal Qasımlı qeyd edib ki, Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazası "Microsoft"un "Azure" platformasından istifadə edir. Biz telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinə töhfə vermək üçün əməkdaşlığa başlayırıq. Bu səbəbdən də imzalanan memorandum bu istiqamətdə atılan mühüm addımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB