2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş strateji məqsədlərə nail olunması nəticəsində Azərbaycanda 2020-ci ildə real Ümumi Daxili Məhsulun 400 milyon birbaşa və 205 milyon dolayı olmaqla, ümumilikdə 605 milyon manat artacağı və 10 min 900 birbaşa və 8 min dolayı olmaqla, 18 min 900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
SİA-nın verdiyi məlumata görə, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.
Strateji Yol Xəritəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üçün təxminən 3 milyard 160 milyon manat investisiya vəsaitinin tələb olunacağı proqnozlaşdırılır.
Bu isə müvafiq texniki-iqtisadi əsaslandırmalar aparıldıqdan sonra dövlət-özəl maliyyələşdirmə mənbələri hesabına təmin ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB