Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb. SİA-nın verdiyi məlumata görə, yoxlama nəticəsində onların hər birinin üzərindən əynindəki gödəkcənin cibindən və hər iki ayağında olan ayaqqabılarının içindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB