İraq neft hasilatını azaltmağa başlayıb

İraq neft hasilatını azaltmağa başlayıb

İraq neft hasilatının azaldılması üzrə OPEC-ə üzv və qeyri-üzv ölkələri arasında əldə edilmiş razılaşmanı həyata keçirməyə başlayıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri Cabbar əl-Laibi bildirib. O deyib ki, İraq Vyanada OPEC-in son toplantısında əldə edilmiş qərara sadiqliyini bir daha təsdiqləyir: "Biz bazarda tələb və təklif arasında lazımi tarazlığın bərpa olunması, neftin qiymətinin sabitləşməsi üçün OPEC-ə üzv və qeyri-üzv dövlətlərlə birgə iş aparırıq".

Qeyd edək ki, OPEC-in Vyanada keçirilən toplantısında cari ilin 1 yanvar tarixindən neft hasilatını gündəlik 1,2 milyon barel azaltmaq barədə razılaşma əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə