Nazir: "Evində 5 tibb bacısı, bağban işlədən niyə vergi ödəməməlidir?"
"Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər bəzi işçilərin vergiyə cəlb edilməsi üçün deyil. Burada söhbət sosial təbəqədən getmir, verginin işəgötürən tərəfindən ödənilməsindən gedir". SİA-nın xəbərinə görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu gün ölkədə işsizliyin səviyyəsi ilə bağlı nə Statistika Komitəsi, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Vergilər Nazirliyi tərəfindən dəqiq uçotunu və iqtisadi təhlillərini aparmaq mümkün deyil: "Ölkədə işləyənlər çoxdur. Əgər əhalinin bir hissəsi evlərdə işləyirsə, siz niyə nəzərə almırsınız ki, bu şəxsləri işə götürən də var. Əgər kimsə bağda bağban saxlayırsa, demək onun sosial vəziyyəti yaxşıdır. Milyonlarla vəsaiti olanlar var ki, evindəki xəstəyə xidmət etməsi üçün 5 tibb bacısı işlədir. Belə şəxslər niyə vergi ödəməməlidirlər? Əgər məsələ sosial təbəqəyə aid edilirsə, burda söhbət sosial təbəqədən getmir, verginin işəgötürən tərəfindən ödənilməsindən gedir".
Nazir əlavə edib ki, Vergi Məcəlləsinə təklif olunan bu dəyişikliklər dövlət büdcəsinin gəlirlərinin təmin olunması məqsədinə xidmət etmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB