Azərbaycanla Kamboca arasında birbaşa reysin açılacaq

Azərbaycanla Kamboca arasında birbaşa reysin açılacaq

Kamboca Azərbaycanla 2017-ci ildə birbaşa uçuşlar və turizm sahəsində anlaşma memorandumu imzalamağı planlaşdırır. SİA "Khmertimeskh.com"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Kambocadakı səfiri Anar İmanovla bu ölkənin turizm naziri Tong Hon arasında keçirilən görüşdə bildirilib. Nazir deyib ki, ölkəsi Azərbaycanla turizm sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Onun sözlərinə görə, Kamboca böyük turizm potensialına malikdir: "Xüsusilə ölkədəki siyasi və sosial sabitlik azərbaycanlı turistlər və investorların diqqətini cəlb edə bilər".

Tərəflər qarşılıqlı olaraq investisiya sahəsindəki imkanları da müzakirə edib və anlaşma memorandumunun imzalanması məqsədilə işçi qrupun yaradılması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə