Estoniya Şimal-Cənub dəhlizinə qoşulur

Estoniya Şimal-Cənub dəhlizinə qoşulur

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə maraq böyükdür və bu layihəyə Estoniya da qoşulur. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov deyib.

O bildirib ki, Estoniya Dəmir Yolları ilə bununla bağlı danışıqlar aparılır: "Estoniyanın Paldiski limanı bizim Şimal-Cənub marşrutuna qoşulur. Belə ki, Estoniya Skandinaviya və Şimali Avropa dövlətlərindən olan yükləri cəmləşdirib öz limanlarından Rusiya və Azərbaycan üzərindən İrana və Fars körfəzinə daşınmasını nəzərdə tutur. Estoniya dəmiryolu ilə hələlik sənəd imzalanmayıb. Dekabrın birinci ongünlüyündə biz ya Bakıda, ya Tehranda, ya da Moskvada tərəflərin razılığı ilə Estoniya, Rusiya, Azərbaycan, İran dəmiryolları arasında görüşün olacağı və orada bununla bağlı sənədlərin imzalanması planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə