Məzənnələrin bugünkü qiyməti

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən SİA-ya verilən məlumata görə, dolların məzənnəsi noyabrın 24-ü ilə müqayisədə 0,29% artaraq 1,7196 manat təşkil edib. Avro 0,75 möhkəmlənərək 1,8176 manat olub. Rusiyanın milli valyutası rubl 1,12% ucuzlaşaraq 0,0266 manat, Türkiyə lirəsinin məzənnəsi də 1,31% azalaraq 0,4970 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə