Vahid Əhmədov: “Bank sistemindən narahatıq”

Vahid Əhmədov: “Bank sistemindən narahatıq”

"Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asıllığını azaltmaq istiqamətində görülən işləri çox yüksək qiymətləndirirəm". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, son bir ayda İqtisadiyyat Nazirliyinin xətti ilə çox yerlərdə olub, müşahidələr aparıb: "Həqiqətən də böyük işlər görülüb. Dərman, kimya məhsulları istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı həyata keçirilən tədbirlər təqdirəlayiqdir".

Millət vəkili əlavə edib ki, hazırda ümimi olaraq dünya iqtisadiyyatında yaranmış problem Azərbaycana da təsirini göstərir: "Azərbaycanda iqtisadi proseslərdə müəyyən problem var, amma vəziyyət kritik həddə deyil. Ölkə Prezidentinin qəbul etdiyi bir sıra mühüm qərarlardan sonra iqtisadi proseslərə başlanılıb. Həmçinin, dövlət baçısı iqtisadi islahatlar üzrə xüsusi köməkçi təyin edib. Hazırda bizi daha çox narahat edən bank sistemidir. Bank sisteminin sağlamlaşması nə qədər tez həyata keçirilsə, bankla cəmiyyət arasında ciddi problem olmasa, sahibkarlıqda da elə ciddi problem yaranmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə