"Neft Daşları" yatağındakı 1637A saylı estakadayanı meydançadan 2646 nömrəli quyuda qazma işlərinə başlanılıb. SİA-nın SOCAr-ın saytına istinadən verdiyi xəbərə görə, "Azneft" İstehsalat Birliyi "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı-2a Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1380 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB