​“Günəşli” yatağında yeni quyu qazılır

​“Günəşli” yatağında yeni quyu qazılır

Dayazsulu "Günəşli" yatağındakı 7 saylı dərin dəniz özülündə 318 nömrəli quyunun qazılmasına başlanılıb. SİA-nın Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, "Azneft" İstehsalat Birliyi "28 May" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 850 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə