Türkiyədə 3 polis əməkdaşı güllələnib

Türkiyədə 3 polis əməkdaşı güllələnib

Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərindəki avtobus dayanacağında yeniyetmə polis əməkdaşlarına atəş açaraq hadisə yerindən uzaqlaşıb. Sonradan o, başqa bir polis qrupu ilə atışmağa başlayıb. Anadolu informasiya agentliyi xəbər verir ki, hadisə polis əməkdaşlarının dayanacaqda dayanan insanların sənədlərini yoxlayan zaman baş verib.

İnsident nəticəsində 3 polis həlak olub, daha 3 nəfər isə yaralanıb. Məlumata əsasən, polislərə atəş açan gənc öldürülüb. Hadisənin terror aktı olmadığı, cinayətkarın isə psixoloji xəstəlikdən əziyyət çəkən 17 yaşlı yeniyetmə olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə