Milli məclisin bu günkü iclasında Mülki Məcəlləyə dəyişiklik müzakirə olunub. SİA-nın xəbərinə görə, layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən Azərbaycanda sənədli adlı investisiya qiymətli kağızları buraxılacaq.
Mülki Məcəlləyə əsasən istiqrazlar və səhmlər investisiya qiymətli kağızlardır. İnvestisiya qiymətli kağızları buraxılışlarda yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. İndiyə qədər investisiya qiymətli kağızları sənədsiz adlı formada buraxılıb. Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən investisiya qiymətli kağızları həm sənədsiz, həm də sənədli olmaqla adlı formada buraxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB