Suyun qiyməti pivəni bahalaşdırır?

Suyun qiyməti pivəni bahalaşdırır?

Mağazalarda pivənin qiyməti artıb. Satıcılar və istehsalçılar bunu suyun qiymətinin artması ilə əlaqələndirir. İqtsadiyyat Nazirliyi isə tarif artımının qiymətlərə təsirinin çox cüzi olduğunu bildirir. Pivənin qiyməti qalxıb. Qalxma yerli istehsal olan pivələrdə özünü göstərir. Müşahidə zamanı paytaxtda fəaliyyat göstərən bəzi mağazalarda yerli pivənin qiymətində 10-20 qəpik arası qiymət artımının olduğunu müşahidə etdik. Qiymət artımına əsas səbəb kimi suyun qiymətinin qalxması göstərilir.

Ölkədə fəaliyyət göstərən ən iri pivə şirkətlərindən birinin əməliyyat fəaliyyəti üzrə direktoru Mairbek Sageyev bildirib ki, hazırda mağazalarda pivənin qiymətində artım yoxdur. Ancaq, suyun qiymətinin artması istehsalat xərclərinin artımına gətirib çıxaracaq ki, bu da qiymətlərə təsir edə bilər.

İqtisadiyyat Nazirliyindən isə bildirirlər ki, suyun qiymətindəki artım sərinləşdirici içkilərin qiymətinə ciddi təsir etmir. Bununla bağlı verlən açıqlamada deyilir ki, tarif dəyişikliyinin yarım litrlik pivənin qiymətinə təsiri təqribən 1 qəpik, kolalı içkilərdə isə 0,08 qəpik təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə