40 dollarlıq səddi aşmaq çətinləşir ekspert rəyi

40 dollarlıq səddi aşmaq çətinləşir ekspert rəyi

"Brent markalı neftin fyuçerslərinin kotirovkaları yenə də 40 dollardan aşağı qiymətlə ticarət olunur. Bu cür minor əhvalın olması onunla da əlaqələndirilir ki, 17 aprelda Dohada neft istehsalçılarının nəzərdə tutulan görüşdə İranın və Liviyanın iştirak etməmələri qiymətin artımına və stabilləşməsinə təsirsiz ötüşəcək". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, ABŞ-da neft hasilatı tarixi maksimumlardan gündə 500 min barrel azalmışdır. İran isə gündəlik hasilatı artırmaq və onu 1 milyon barelədək artırmağa planlaşdırır: "Bu baxımdan neft istehsalında izafi kütlənin olacağı tendensiya davam edəcək. Ötən həftənin sonunda Baker Hughes (neft sektorunda dünyada miqyasına görə üçüncü servis şirkətidir) dərc etdiyi məlumat bu həftə pozitiv qiymət dinamikasına təsir etdi. Bu məlumatdan bəlli oldu ki, neftin qiymətinin 40 dollardan yuxarı olması fəaliyyətləri dayandırılmış neft və qaz platformalarının yenidən istismara başlayacaqları ehtimalını artırır".

O əlavə edib ki, ümumilikdə bazarda neftin qiymətinin 40 dollardan yuxarı əminliklə mövqeləşməsi üçün müsbət drayverlərin defisiti müşahidə olunur: "Təbii ki, ABŞ dollarının zəifləməsi faktoru buna təsir edə bilərdi, lakin bu həftənin cümə günü amerikada məşqulluq hesabatının açıqlanacağı zəif dollar amilinə təsir edir".

Bütün xəbərlər Facebook səhifəmizdə