Avropa Komissiyası yeni layihəyə nəzarət edəcək

Avropa Komissiyası yeni layihəyə nəzarət edəcək

Avropa Komissiyası Qara dəniz üzrə tikiləcək yeni qaz kəmərinin fəaliyyətinin Avropa Birliyi standartlarına cavab verməsinə nəzarət edəcək. SİA-nın Rusiyanın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, qaz kəməri Rusiyanın "Qazprom", İtaliyanın "Edison" və Yunanıstanın "DEPA" enerji şirkətlərinin birgə layihəsi olacaq.

Avropa Komissiyasının mətbuat xidmətindən verilən açıqlamada deyilir ki, bu layihə ilk növbədə Avropa Birliyi standartlarına cavab verməlidir: "Biz üç enerji şirkətinin birgə layihəsi olan, həmçinin burada "Qazprom"un da iştirak etdiyi və Qara dəniz üzrə tikiləcək yeni qaz kəməri ilə bağlı razılıq haqqında məlumat əldə etmişik. Avropa Komissiyası üç enerji şirkətinin birgə layihəsi olan bu və ya digər enerji layihələrinin Avropa standartlarına uyğun olaraq həyata keçirilməsinə nəzarət edəcək".

Eyni zamanda komissiya bu layihə ilə bağlı hər hansı bir rəsmi məlumat qəbul etmədiklərini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə