Yanvarın 27-də Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) SİA-ya verilən xəbərə görə, qeydiyyata alınan 2 500 000 ədəd istiqrazın hər birinin nominal dəyəri 100 manatdır.
Qeyd edək ki, dünən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 3 mln. ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S nömrəsi ilə və hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 2 mln. ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 48S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB