Ziyad Səmədzadə: "Kölgə iqtisadiyyatının azaldılması beynəlxalq imicimizi yüksəldəcək" AÇIQLAMA

Ziyad Səmədzadə: "Kölgə iqtisadiyyatının azaldılması beynəlxalq imicimizi yüksəldəcək" AÇIQLAMA

"Azərbaycanda azad bazar münasibətlərinə uyğun statistika sistemi yaradılıb". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Milli Statistika Sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək" adlı Tvininq layihəsi ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, iqtisadi inkişafla əhalinin gəlirlərinin tarazlığının təmin edilməsi statistikadan asılıdır: "Kölgəli iqtisadiyyatın azaldılması Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək. Azərbaycanın statistika sahəsinin təkmilləşdirilməsi üçün mükəmməl qanunvericilik bazası var. Bu istiqamətdə Avropa təcrübəsinin öyrənilməsi və tətbiqi çox önəmlidir".

Dünyanın bir çox ölkələrində böhran baş verir: "Azərbaycan dövləti belə bir şəraitdə bunun qarşısını almaq üçün ardıcıl işlər görür. Cənab Prezidentin rəhbərliyi ilə aparılan islahatlar bu mənfi proseslərin ölkəmizə təsir gücünü azaltmağa yönəlib".

Bütün xəbərlər Facebook səhifəmizdə