Keçən il sayğac göstəriciləri əsasında Azərbaycandan 8 milyard 405 milyon 244 min kubmetr təbii qaz ixrac olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilir ki, 2015-ci ildə sayğac göstəriciləri əsasında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə 2 milyard 157 milyon 414 min kubmetr qaz kondensatı ixrac edilib.
Ötən il gömrük bəyannamələri əsasında rəsmiləşdirilən 200 milyon 739 min dollar dəyərindəki təbii qaz ixracı isə 1 milyard 275 milyon 917 min kubmetr olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB