"Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə bir çox əhəmiyyətli məsələlərə toxunuldu". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, müşavirədə ən önəmli məqamlardan biri ondan ibarətdir ki, ölkə başçısı dövlət müəssisələrinin səhmdar kapitalında xarici investorların olması haqqında perspektivinə toxundu: "Qoyulan aksentlərdən hiss olundu ki, bu cür inqilabi qərarın reallaşması yaxın gələcəkdə mümkün olacaq. Bunun Azərbaycan üçün faydası aşağıdakılardır:
* Büdcəyə xarici investisiyalarının axını təmin olunur
* Xarici menecment modelləri gətirilir
* Xarici bazarlara uyğun keyfiyyətli məhsullar istehsal olunur
* Xarici bazarlara çıxış əldə olunur
* Made in Azerbaijan brendi mövqeləşir və tanınır
Sadalananlara xarici investorları Azərbaycan iqtisadiyyatına buraxaraq yaxın müddətli perspektivdə nail olmaq mümkündür".
E.Əliyev bildirib ki, bunlara nail olmaq üçün önəmli məsələlərdən biri ölkənin makroiqtisadi durumudur: "Ölkənin nə qədər az xarici borcu olursa bir o qədər o ölkəyə xarici investor maraq çox göstərir. Azərbaycanın xarici borcunun ÜDM-la olan nisbəti aşağıdır. Müqayisə üçün inkişaf etmiş ölkələri gətirmək olar. ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Yaponiyada və digər inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizlərlə ölçülür. Almaniyada bu göstərici 150% üzərindədir, Fransada isə 240% üzərində. Azərbaycanda bu göstərici cəmi 12% təşkil edir".
O əlavə edib ki, digər məsələ borcun üzünmüddətli və ya qısa müddətli olmasıdır: "Təbii ki, borc məbləği nə qədər uzunmüddətli olursa, onu idarə etmək daha asan olur, lakin faiz dərəcəsi adətən daha yüksək olur. Qısa müddətli borclarda isə faiz dərəcəsi aşağı, lakin müddətin az olması öhdəliyi olan tərəfi hər zaman gözlənilməz risklər ilə üzləşdirə bilər. Azərbaycanın xarici borcunda isə (istər dövlət, istərsə də korporativ uzunmüddətli öhdəliklər üstünlük təşkil edir). Aparılan islahatlar şübhəsiz ki, iqtisadiyyatımızı liberallaşdırmağa və uzunmüddətli perspektivdə daha miqyaslı və müsbət dəyişikliklərə fokuslandırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB